İsrail və Livanın Hizbullah qruplaşması arasında atışmalar baş verib, İranla münaqişə daha da genişlənir.

Gecə saatlarında şəhər yolunda yaranmış sıx avtomobil tıxacı və uzun növbə halında hərəkət edən nəqliyyat vasitələri
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Beyrut və cənubi Livana endirdiyi zərbələr nəticəsində ən azı 31 nəfər ölüb, 149 nəfər yaralanıb.
İranın regionda hücumları davam edir – Bəhreyn və Dubayda partlayışlar, Küveytdəki ABŞ səfirliyi yaxınlığında tüstü görüntülənib.
Bazar günü İranın raket hücumu nəticəsində İsrailin Beit Şemeş şəhərində 9 nəfər həlak olub.
Kiprdə İngiltərə Hərbi Hava Qüvvələrinə məxsus bazaya "şübhəli PUA hücumu" edilib - hərbi qulluqçuların ailələri bazadan təxliyə olunur.
Mənbə: BBC news
Tərcümə etdi: Fidan Ağayeva
