Bu gün:

Gürcüstanın Baş naziri Birləşmiş Ərəb Əmirliklərinə dəstəyini ifadə edib


Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefonla danışıb. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana.

24 media AZƏRTAC a istinadən xəbər verir ki, bu barədə İ.Kobaxidze "X" sosial şəbəkə hesabında yazıb. Baş nazir Gürcüstanın Birləşmiş Ərəb Əmirlikləri ilə güclü və inkişaf edən tərəfdaşlığını bir daha təsdiqləyib.

"Regiondakı son hadisələri nəzərə alaraq, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə telefonla danışdım. Səmimi həmrəyliyimi və davamlı sülhün bərqərar olacağına ümid etdiyimi bildirdim", -deyə Baş nazir vurğulayıb.

Aysel Aslanova

Paylaş
Şərh əlavə et