Bu gün:

Qlobal səhnədə son siqnal verilib


Yaxın Şərqdə artan gərginlik fonunda dünya liderləri münaqişənin genişlənməsinin qarşısını almağa çağırırlar.BMT-nin Baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının fövqəladə iclasında Yaxın Şərqdəki vəziyyətlə bağlı çıxış edir

Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edən rəsmilər hərbi əməliyyatların dərhal dayandırılmasının və diplomatik danışıqların bərpasının vacibliyini vurğulayıblar.

Yayılan məlumatlara görə, bir sıra ölkələrin rəhbərləri vəziyyətin nəzarətdən çıxa biləcəyi barədə xəbərdarlıq ediblər. Onlar tərəfləri təmkinli davranmağa, beynəlxalq hüquqa hörmət etməyə və problemi siyasi yollarla həll etməyə səsləyiblər.

BMT-nin Baş katibi də çıxışında bildirib ki, münaqişənin genişlənməsi regionla yanaşı, qlobal təhlükəsizlik və iqtisadi sabitlik üçün ciddi risk yaradır. Liderlər hesab edirlər ki, hazırkı mərhələdə ən doğru addım gərginliyin azaldılması və dialoqa qayıdışdır.

Mənbə: Apnews.com

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et