Bu gün:

ABŞ və İran nüvə danışıqları keçirib


Omanın Xarici İşlər naziri Bədr Əlbüsəidi ABŞ və İran nümayəndələrinin Cenevrədə keçirilən üçüncü raund danışıqlarda "yeni və yaradıcı ideyalara açıqlıq nümayiş etdirdiklərini" bildirib.

ABŞ və İran nümayəndələrinin Cenevrədə keçirilən üçüncü raund danışıqları

Danışıqlar Ceyrd Kuşner və Stiv Vitkoff ilə görüşdən sonra baş tutub. Bu görüşlər Prezident Donald Trampın İranla nüvə sazişi əldə olunmadığı təqdirdə ölkəyə zərbə endirilməsi ilə hədələdiyi bir vaxta təsadüf edir.


Danışıqlar Yaxın Şərqdə 2003-cü ildə ABŞ-nin İraqa hücumundan bəri ən böyük hərbi yığılmanın yaşandığı bir dövrdə keçirilir. İran tərəfi isə hər hansı hücuma güclü cavab veriləcəyini bildirir.


Danışıqlar vasitəçi kimi yenə Omanın Xarici İşlər naziri Bədr Əlbüsəidinin vasitəçiliyi ilə aparılır. O, iştirak edən tərəflərin "yeni və yaradıcı fikirlərə və həll yollarına qarşı misilsiz açıqlıq nümayiş etdirdiklərini" vurğulayıb.


Lakin saziş əldə olunma ehtimalı hələ də qeyri-müəyyən olaraq qalır.


Mənbə: BBC news


Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et