Bu gün:

Meksikada 23 həbsxana qaçqını axtarılır


Meksikada polis Jalisco Yeni Nəsil kartelinin (CJNG) zorakılığı zamanı Puerto Vallarta həbsxanasından qaçan 23 məhbusu axtarır. Qaçış zamanı silahlı şəxslər qapını maşınla sındırıb və məhbuslar qaçıb. 

Zorakılıq nəticəsində 70-dən çox insan, o cümlədən 25 Milli Qvardiya üzvü ölüb. Kartel yollarda avtomobillər yandırıb, şəhərdə qorxu və xaos yaratmağa davam edib.


“El Mencho”, kartelin lideri və Meksikanın ən axtarılan narkotik ticarətçisi olub. Onun rəhbərliyi altında CJNG Jalisco ştatından başlayaraq digər ştatlara da yayılıb və narkotik istehsalı ilə məşğul olub.


O, Tapalpa şəhərində tutulub və döyüş zamanı aldığı xəsarətlərdən sonra ölüb. ABŞ hökuməti onun Fentanil ticarətində əsas fiqur olduğunu bildirərək mükafat təklif edib.


Qaçan məhbusların kimliyi hələ açıqlanmayıb, amma Jalisco təhlükəsizlik katibi Juan Pablo Hernandez qaçqınların tutulması üçün digər ştatlarla əməkdaşlıq etdiklərini deyib.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva





Paylaş
Şərh əlavə et