Bu gün:

Moskvada stansiya yaxınlığında partlayış baş verib


Rusiyanın paytaxtı Moskvanın Savelovskiy dəmiryolu stansiyası yaxınlığında güclü partlayış baş verib. Hadisə yerində xidmət göstərən polis əməkdaşları zərər çəkiblər. İlkin məlumatlara görə, partlayış gecə saatlarında qeydə alınıb.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, naməlum şəxs polis avtomobilinə yaxınlaşdıqdan sonra partlayıcı qurğu işə düşüb. Nəticədə bir polis əməkdaşı həlak olub, iki polis isə yaralanaraq xəstəxanaya çatdırılıb. Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi başladıldığını açıqlayıb. İlkin ehtimallara əsasən, partlayışı törədən şəxs hadisə yerində ölüb. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib və ekspertiza işləri aparılır. Səlahiyyətli qurumlar partlayışın səbəblərini və motivlərini araşdırmağa davam edir.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova

Paylaş
Şərh əlavə et