Bu gün:

Tramp İranın niyə təslim olmadığını soruşur


Son həftələrdə ABŞ İran yaxınlığında hərbi varlığını artırır. ABŞ prezidenti Donald Tramp, Yaxın Şərqdə hərbi güc yığımına baxmayaraq İranın niyə hələ də "təslim olmadığını" soruşduğu bildirilir.


ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff "Fox News" telekanalına verdiyi müsahibədə bildirib ki, Tramp İranın mövqeyi ilə bağlı "maraqlanır". Bu açıqlama Trampın İranın nüvə proqramı ilə bağlı razılıq əldə olunmadığı təqdirdə məhdud hərbi zərbə endiriləcəyi ilə bağlı xəbərdarlığından sonra gəlib.


Son həftələrdə ABŞ İran yaxınlığında hərbi varlığını artırıb. ABŞ və onun Avropalı müttəfiqləri İranın nüvə silahı yaratmasından şübhələnirlər, lakin Tehran bu iddiaları rədd edir.



Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et