ABŞ prezidenti Donald Trump, milli təhlükəsizlik səbəbiylə ilhaq etmək istədiyini söylədiyi Qrenlandiyaya bir xəstəxana gəmisini "xəstələrə xidmət göstərmək üçün" göndərəcəklərini açıqlanıb.

Tramp sosial mediada xəstəxana gəmisinin Qrenlandiyaya "yolda olduğunu" açıqlayıb. O, Qrenlandiya üzrə Xüsusi Nümayəndə təyin etdiyi Luiziana Qubernatoru Jeff Landry ilə işlədiyini qeyd edərək, "Orada müalicə görməyən xəstələrə qulluq etmək üçün Qrenlandiyaya böyük bir xəstəxana gəmisi göndəririk",-deyib. Qrenlandiya sakinləri əvvəllər Trampın ada ilə bağlı siyasətinə qarşı çıxıb, Danimarka sosial rifah sistemi vasitəsilə pulsuz tibbi xidmət almaqdan məmnunluqlarını ifadə ediblər.
Tramp yanvarın 17-də ABŞ-nin Qrenlandiyanı almasına qarşı olduqlarını əsas gətirərək fevralın 1-dən etibarən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Hollandiya və Finlandiyadan idxal edilən mallara 10 faizlik rüsum tətbiq ediləcəyini, iyunun 1-də isə bu tarifin 25 faizə yüksələcəyini açıqlayıb.
Davosda keçirdiyi görüşlərdə Tramp NATO-nun baş katibi Mark Rutte ilə Qrenlandiya ilə bağlı “çərçivə sazişi” qurduğunu və bunun bir hissəsi olaraq 1 fevral tarixindən etibarən səkkiz Avropa ölkəsinə planlaşdırılan tarifləri dayandırdığını açıqlayıb.
Tramp Rutte ilə görüşü ilə bağlı sosial mediada etdiyi paylaşımda "Bu görüş nəticəsində Qrenlandiya və bütün Arktika bölgəsi ilə bağlı gələcək razılaşma üçün çərçivə qurduq. Bu həll həyata keçirilərsə, ABŞ və bütün NATO ölkələri üçün böyük bir həll olacaq",-deyib. Qrenlandiya ilə bağlı Tramp qeyd edib ki, “Qızıl Qübbə” müdafiə sistemi ilə bağlı əlavə müzakirələr aparılacaq və bütün prosesə vitse-prezident JD Vance, dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Vitkoff nəzarət edəcək.
Mənbə: Hürriyet
Tərcümə etdi: Banuçiçək Qurbanova
