Bu gün:

Balıqlar insanlar kimi görür?


Alimlər dərin dənizdə yaşayan bəzi balıq növlərinin gözlərində əvvəllər bilinməyən yeni bir tip görmə hüceyrəsi aşkar ediblər. Bu kəşf uzun illərdir biologiyadakı ənənəvi anlayışı dəyişə bilər.

Ənənəvi biologiya dərsliklərində onurğalı heyvanların görməsi iki növ hüceyrəyə əsaslanır: rods (çubuq hüceyrələri) az işıqda görməyə xidmət edir, cones (konus hüceyrələri) isə parlaq işıq və rəngləri görməyə xidmət edir. Yeni araşdırma göstərir ki, bu fikir tam doğru deyil. Alimlər Qırmızı dənizdə tutulan üç balıq növünün larvalarının gözü üzərində araşdırma aparıblar və tapıblar ki, bu balıqların retinasında yeni bir tip görmə hüceyrəsi var. Bu hüceyrə formasına görə rodlara oxşayır, amma molekulyar mexanizmlərinə görə konuslara bənzəyir. Bu o deməkdir ki, həmin hüceyrələr həm az işıqda görməyə uyğunlaşdırılıb, həm də konus hüceyrələrin gen və mexanizmlərini istifadə edirlər. Alimlər bu növ hüceyrələrə hibrid fotoreseptor deyirlər, yəni iki xüsusiyyəti birləşdirən yeni növ görmə hüceyrəsi. Bu hibrid görmə hüceyrələri hatchetfish, lightfish və lanternfish kimi dərin dəniz balıqlarının larvalarında aşkar edilib. 

Hatchetfish bu hüceyrələri böyüklük dövründə də saxlayır, amma digərləri yetkin yaşa çatanda adi rod və cone ayrımına qayıdır. Bu tapıntı biologiyada uzunmüddətli düşüncəni dəyişir, əvvəllər düşünülürdü ki, gözlərdə rod və cone hüceyrələri ayrı və sabitdir, amma indi məlum oldu ki, sərhəd elastikdir və birləşə bilər. Bu, görmə sistemlərinin evrim prosesində daha çevik və dəyişkən olduğunu göstərir. Dərin dənizdə elmi tədqiqatlar hələ çoxdur və bu mühitdə çox yenilikçi bioloji mexanizmlər mövcuddur. Bu balıqlar çox kiçikdirlər, təxminən 3–7 sm uzunluğunda böyüyə bilirlər və gündüz dərin suda, gecə isə səthə yaxınlaşaraq gündəlik miqrasiya edirlər. Onların bədəni üzərində olan bioluminescent orqanlar mavi-yaşıl işıq yayır və bu, dəniz dibində gizlənmək üçün istifadə olunur. Yeni elm kəşfi göstərir ki, görmə sistemi yalnız iki ayrı hüceyrədən ibarət deyil, bəzi dərin dəniz canlılarının gözü qarışıq hibrid fotoreseptorlardan istifadə edir. Bu kəşf biologiya dərsliklərini dəyişə bilər və görmə sisteminin necə təkamül keçdiyini daha yaxşı başa düşməyə kömək edir.

Mənbə: Daily Science

Tərcümə etdi: Turqut Ansari

Paylaş
Şərh əlavə et