ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti ultimatumunu Vaşinqtonda keçirilən “Bord of Pis” toplantısında səsləndirib. O bildirib ki, razılaşma əldə olunmasa “pis şeylər baş verə bilər”. Tramp diplomatiyanı üstün tutduğunu desə də, eyni zamanda hərbi əməliyyat ehtimalını açıq saxlayıb.

Tramp İranın nüvə silahı proqramını dayandırmasını istəyir və razılaşmaya üstünlük verdiyini bildirir. Lakin son həftələrdə ABŞ-nin bölgədə hərbi qüvvələrini artırması və sərt ritorikası gərginliyi yüksəldib. Analitiklər bunu 2003-cü il İraq müharibəsindən bəri ən böyük hərbi hazırlıq kimi dəyərləndirirlər.
Keçən il ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbənin “tam məhv etmə” ilə nəticələndiyini deyən Tramp, yenidən hücumun nə üçün lazım ola biləcəyini isə tam izah etməyib. Danışıqlar uranın zənginləşdirilməsi, ballistik raket proqramı və bölgədəki silahlı qruplara dəstək məsələsində dalana dirənib. İranın ali rəhbəri Ali Khamenei fonunda ölkədə daxili təzyiqlər də davam edir.
Mümkün hərbi əməliyyatda Benjamin Netanyahu rəhbərliyindəki İsrailin də iştirakı gözlənilir. Bununla yanaşı, Tramp seçkiöncəsi xarici münaqişələrdən uzaq duracağına söz vermişdi. İranla genişmiqyaslı hava kampaniyası isə onun həm daxili siyasətdə, həm də “Nobel” Sülh Mükafatı iddiası fonunda ziddiyyətli vəziyyətini daha da qabardıb.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
