Son illərdə robot texnologiyasında böyük irəliləyişlər əldə olunub. Alimlər yeni nəsil robotlar hazırlayıblar ki, bu robotlar verilən tapşırıqları yalnız mexaniki şəkildə icra etməklə kifayətlənmir, həm də öz təcrübələrindən öyrənə bilirlər.
Bu robotların əsas xüsusiyyəti ondadır ki, onlar səhv etdikdə həmin səhvi yadda saxlayır, sonrakı mərhələdə isə eyni tapşırığı daha düzgün yerinə yetirməyə çalışırlar. Bu proses xüsusi süni intellekt alqoritmləri vasitəsilə həyata keçirilir və robotlara çevik düşünmə imkanı yaradır.
Tədqiqatlar göstərir ki, bu cür özünü öyrənən robotlar gələcəkdə bir çox sahələrdə insanların işini yüngülləşdirə bilər. Xüsusilə xəstəxanalarda xəstələrə kömək etmək, dərmanları çatdırmaq, analizlərin daşınması kimi işlərdə onların istifadəsi planlaşdırılır. Bundan başqa, yaşlı insanların gündəlik həyatında, ev işlərinin yerinə yetirilməsində, təhlükəli zonalarda — zəlzələ və yanğın kimi hallarda axtarış-xilasetmə əməliyyatlarında bu robotlardan geniş istifadə edilə biləcəyi gözlənilir.
Yeni nəsil robotların ən mühüm üstünlüklərindən biri onların ətraf mühitə uyğunlaşma qabiliyyətidir. Onlar əvvəlcədən bütün detallarla proqramlaşdırılmır, qarşılaşdıqları yeni vəziyyəti analiz edir və çıxış yolu tapmağa çalışırlar. Bu isə robot texnologiyasını sadə mexaniki qurğudan daha ağıllı, insan davranışına yaxın sistemə çevirir. Alimlər hesab edirlər ki, bu robotlar gələcəkdə gündəlik həyatın ayrılmaz hissəsinə çevriləcək və bir çox sahələrdə insanlara böyük dəstək olacaq.
Mənbə: Science American
Tərcümə etdi: Turqut Ansari
