Bu həftəsonu astronomiya həvəskarları “Wolf Supermoon” adlı nadir bir səma hadisəsini izləyə biləcəklər.
Supermoon Ayın tam fazada olduğu zaman Yerə ən yaxın nöqtədə olması deməkdir. Bu, onu adi tam Aydan həm böyük, həm də parlaq göstərir.
Adını Şimali Amerika və Avropa folklorundan alan Wolf Supermoon qış gecələrində qurd səslərinə görə belə adlandırılıb. 2026-cı ildə baş verəcək bu supermoon həm də 13 tam Ayın olacağı nadir il çərçivəsində müşahidə olunacaq.
Ən yaxşı görüntü üçün Ay çıxarkən və ya batarkən səmanı izləmək məsləhət görülür. Bu vaxtlarda Ay həm daha böyük görünür, həm də atmosferin təsiri ilə sarı və narıncı tonlarda əks olunur.
Hadisə yanvarın 2-dən başlayaraq 3-ə qədər davam edəcək və Avropa, Asiya və Şimali Amerikadan müşahidə etmək mümkün olacaq. Hava şəraiti uyğun olarsa, ilin ilk astronomik spektakllarından biri kimi yadda qalacaq.
Mənbə: Times of İndia
Tərcümə etdi: Aylin Bayraməliyeva
