Bu gün:

Alimlər heyvanları süni intellektlə anlamağa başlayıblar


Son araşdırmalarda süni intellekt vasitəsilə balinaların, delfinlərin və hətta quşların çıxardığı səslər analiz edilib. Nəticədə məlum olub ki, bu səslər sadəcə təsadüfi deyil, müəyyən ardıcıllıq, “qayda” və məna daşıyır.

Məsələn, bəzi delfin səsləri xəbərdarlıq, bəziləri isə oyun və ya çağırış məqsədi daşıyır.

Alimlər düşünür ki, yaxın gələcəkdə süni intellekt sayəsində heyvanların nə demək istədiyini qismən də olsa “tərcümə etmək” mümkün olacaq. Bu isə təbiəti qorumaq və heyvan davranışlarını anlamaq üçün böyük addım sayılır.

Mənbə: American Science

Tərcümə: Turqut Ansari

Paylaş
Şərh əlavə et