Bu gün:

Brigitte Bardot 91 yaşında vəfat edib


Fransız aktrisa və heyvan hüquqları fəalı Brigitte Bardot 91 yaşında dünyasını dəyişib.

Bardot 1950-1960-cı illərdə "Və Tanrı Qadını Yaradıb" daxil olmaqla bir sıra fransız film hitlərində çəkilib və cinsi azadlıq simvolu kimi tanınıb.

Onun ölümü ilə bağlı Brigitte Bardot fondunun bəyanatında deyilib: "O, dünya şöhrətli aktrisa olub və nüfuzlu karyerasını arxada qoyaraq ömrünü və enerjisini heyvanların rifahına həsr edib”.

Fransa Prezidenti Emmanuel Makron tribüt olaraq bildirib: "Fransa əsrin əfsanəsi üçün matəm tutur". Sağçı siyasətçi Marin Le Pen isə onu "inanılmaz dərəcədə fransız: azad, əhliləşdirilməz, tam" adlandırıb.

Sonrakı illərdə Bardot homofobik ifadələri və dəfələrlə irqi ədavəti təhrik etdiyinə görə cərimələnib.

Mədəniyyət müxbirimizin qeyd etdiyi kimi, Bardot müqəddəratlı bir irs qoyub.

Mənbə: BBC news

Tərcümə etdi: Fidan Ağayeva

Paylaş
Şərh əlavə et