Bu gün:

NASA SPHEREx teleskopu ilk tam səma xəritəsini tamamlayıb


NASA-nın SPHEREx (Spectro-Photometer for the History of the Universe, Epoch of Reionization and Ices Explorer) adlı yeni kosmik teleskopu bütün səmanı infraqırmızı dalğa uzunluqlarında ilk dəfə olaraq tam şəkildə xəritələyib. Bu, elm üçün çox böyük bir mərhələdir.

Xəritə  102 fərqli infraqırmızı "rəngdə" çəkilib ki, bu da insan gözü ilə görünməyən işıq dalğa uzunluqlarını əhatə edir və kainatın müxtəlif xüsusiyyətlərini ortaya qoyur.

SPHEREx 2025-ci ilin martında NASA tərəfindən orbitə buraxılıb və bu il may ayında elmi müşahidələrə başlayıb. Missiyanın əsas məqsədi — günəş sistemindən kənarda qalan səmanı infraqırmızı spektrdə araşdırmaq, ulduzların və qalaktikaların tərkibini, kainatın erkən dövrlərini və həyat üçün vacib komponentlərin paylanmasını öyrənməkdir.Əldə olunan məlumatlar NASA və dünya üzrə alimlər üçün dərin elmi analizlərə açıqdır. Bu cür geniş spektrli xəritə ilə alimlər həm “qaranlıq enerji”, həm də kainatın strukturunun inkişafı kimi əsas kosmoloji sualları daha ətraflı şəkildə cavablandıra biləcəklər.

Mənbə: Scientific American

Tərcümə etdi: Turqut Ansari

Paylaş
Şərh əlavə et