Bu gün:

İSTE genişmiqyaslı tədqiqat prosesinə start verib


Türkiyə sahillərində ilk dəfə olaraq Hint-Pasifik mənşəli bir xərçəng növü aşkarlandığı bildirilib. Hatay bölgəsində İskenderun Körfəzində aparılan elmi tədqiqatlarda “Liomera rugipes” adlı xərçəng növü ilk dəfə qırmızı-moruq rəngində müşahidə olunub. 

Bu kəşf, Aralıq  dənizində son illərdə müşahidə edilən “tropikləşmə” prosesinin açıq əlaməti hesab olunur, yəni daha əvvəl adətən yalnız isti su ekosistemlərində rastlanan növlər bu bölgədə görünməyə başlayıb.

İsgəndərun Texniki Universiteti (İSTE) Deniz Bilimleri və Texnologiyası fakültəsinin müəllimi Prof. Dr. Tahir Özcan bildirib ki, bu növ xərçənglər körfəzdə balıqçı torlarında tapılıb və elmi qeydə alınıb. O əlavə edib ki, bu növü izləyən zaman əvvəlcə Antalya Körfəzi sahillərində də başqa yad növlərin qeyd olunduğunu da xatırlayıblar. Prof. Dr. Özcan qeyd edib ki, Akdeniz dənizində artıq 45-dən çox yad növ xərçəng və karides növü aşkar edilib və bunların bir qismi Süveyş Kanalı və ya dəniz nəqliyyatı vasitəsilə Akdeniz sahillərinə gəlir. Mütəxəssis hesab edir ki, Liomera rugipes adı verilən bu yeni növün populyasiyası gələcəkdə artacaq və elmi qeydlərdə yer alacaq.


Mənbə: Habertürk

Tərcümə etdi: Turqut Ansari

Paylaş
Şərh əlavə et