Bu gün:

AMEA Şərqşünaslıq İnstitutu ilə Qafqaz Universiteti arasında əməkdaşlıq protokolu


Dekabrın 16-da Türkiyənin Qafqaz Universitetinin Harakani Tədqiqat Mərkəzinin müdiri, dosent Alparslan Kartal AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda səfərdə olub. Səfər çərçivəsində o, AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik Gövhər Baxşəliyeva ilə görüş keçirib.24media.az bildirir ki, görüş zamanı Azərbaycan və Türkiyənin elm və təhsil qurumları arasında mövcud əməkdaşlıq imkanları müzakirə olunub. Akademik Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunda aparılan elmi tədqiqatların əsas istiqamətləri, türkologiya sahəsində görülən işlər və nəşr edilən elmi ədəbiyyatlar barədə ətraflı məlumat verib. Dosent Alparslan Kartal ona təqdim olunan kitabların gələcək elmi araşdırmaları üçün mühüm mənbə olacağını vurğulayıb.

Görüşün sonunda Şərqşünaslıq İnstitutu ilə Qafqaz Universiteti arasında əməkdaşlıq haqqında anlaşma protokolu imzalanıb. Protokol birgə elmi layihələrin həyata keçirilməsi, tədqiqatların aparılması, konfrans və seminarların təşkili, elmi nəşrlərin hazırlanması, eləcə də tədqiqatçı mübadiləsinin aparılmasını nəzərdə tutur.


Fatimə Hüseynova 

Paylaş
Şərh əlavə et