Corctaun Universiteti Tibb Mərkəzinin tədqiqatçıları KKK2 adlı zülalın fəaliyyəti vasitəsilə beyin öyrənmə sisteminin necə dəyişə biləcəyini müəyyən ediblər. Araşdırma göstərir ki, bu protein aktivliyinin artması və ya azalması beyin üçün mükafatla bağlı siqnalları gücləndirə və ya zəiflədə bilər. Bu kəşf siqaret asılılığı və digər zərərli vərdişlərdə beynin davranışlara reaksiyasını anlamağa kömək edə bilər.

Corctaun Universiteti tədqiqatçıları KKK2 adlı zülalın beyin öyrənmə prosesində rolunu araşdırıblar. Nəticələr göstərir ki, KKK2 səviyyələri azaldıqda dopamin istehsal edən neyronlar daha sürətli fəaliyyət göstərir və yeni mükafat əlaqələrinin yaranmasını təşviq edir. Bu, beyinin motivasiya, mükafat emalı və motor kontrolunda əsas rol oynayan dopaminin təsirini artırır.
Tədqiqatçılar siçanlar üzərində aparılan Pavlov tərzi testlərdə neyronların koordinasiyalı fəaliyyətinin dopamin fəaliyyətini gücləndirdiyini müşahidə ediblər. Bu, beyin üçün təcrübələrə mənalı dəyər verməyi asanlaşdırır. Məsələn, siqaret çəkən bir insan səhər qəhvəni siqaretlə birləşdirirsə, sadəcə qəhvə içmək belə istəyi artıra bilər.
Bundan əlavə, araşdırma göstərir ki, diazepam kimi bəzi dərmanlar neyronların koordinasiyalı fəaliyyətini dəstəkləyərək öyrənmə prosesinə təsir edə bilər. Tədqiqat geniş metodlardan – elektrofiziologiya, farmakologiya, fiber fotometriya, davranış analizləri və molekulyar analizlərdən istifadə olunmaqla aparılıb.
Tədqiqat müəllifləri bildirir ki, kəşflər yalnız əsas öyrənməni başa düşmək üçün deyil, həm də beyin xəstəliklərinin müalicəsi üçün yeni yanaşmalar təqdim edə bilər. Bu tədqiqat ABŞ Milli Səhiyyə İnstitutu və Beyin və Davranış Araşdırmaları Fondları tərəfindən maliyyələşdirilib.
Mənbə: Science Daily
Tərcümə etdi: Nərmin Məmmədzadə
