ABŞ-də aparılan yeni elmi araşdırma Cascadia yitim zonasındakı vəziyyəti daha detallı şəkildə öyrənib və gözlənilən böyük zəlzələnin əvvəl düşünüləndən daha güclü ola biləcəyini ortaya çıxarıb.

Tədqiqatçılar bölgədəki yer qabığının davranışını 41 gün ərzində xüsusi cihazlarla müşahidə edib, fayların dərinlikdə necə hərəkət etdiyini təhlil ediblər. Onlar dənizaltı strukturların daha əvvəl təsəvvür ediləndən fərqli quruluşa malik olduğunu müəyyənləşdiriblər və bunun yığılan gərginliyi artırdığını aşkarlayıblar. Alimlər bu nəticələrin 9 baldan daha güclü bir zəlzələnin baş verə biləcəyinə işarə etdiyini bildiriblər.
Bu cür zəlzələnin isə bölgədə böyük və dağıdıcı bir tsunami yarada biləcəyi vurğulanıb. Araşdırma, həmçinin göstərib ki, fay zonası uzun müddət enerji yığıb və bu da deprem riskini yüksəldib. Tədqiqatçılar zəlzələnin dəqiq vaxtını müəyyən etməyin mümkün olmadığını qeyd ediblər, çünki geoloji proseslər gözlənilməz şəkildə dəyişə bilir. Onlar yalnız riskin əvvəlki hesablamalardan daha böyük olduğunu sübut ediblər. Tarixi qeydlər də bu nəticələri dəstəkləyib, çünki bölgədə son böyük zəlzələ 1700-cü ildə baş verib və bu, yüz illərdir yığılan gərginliyin yeni və güclü bir hərəkətə səbəb ola biləcəyini göstərib. Araşdırma alimlərə bölgədəki təhlükəni daha dəqiq qiymətləndirməyə imkan verib və mümkün fəlakətlərə qarşı daha güclü hazırlığın lazım olduğunu xatırladıb.
Mənbə: Haberglobal
Tərcümə etdi: Turqut Ansari
