Bu gün:

Yeni dili daha sürətli necə öyrənmək olar


Yeni dil öyrənmək çətin və uzun proses kimi görünə bilər, amma doğru strategiyalarla bu prosesi həm sürətləndirmək, həm də əyləncəli etmək mümkündür.


1. Məqsəd qoyun: Qısa və konkret hədəflər motivasiyanı artırır. Məsələn, “Bu həftə alış-verişlə bağlı 30 ispan sözü öyrənəcəyəm"


2. Ən vacib sözləri seçin: Əvvəlcə gündəlik danışıq üçün lazım olan 1000–3000 sözü öyrənin.


3. Flashkartlardan istifadə edin: Elektron kartlarla yaddaşı gücləndirin, təkrarı asanlaşdırın.


4. Ağıllı şəkildə çalışın: Vizual, səsləndirmə və jestlərdən istifadə edin. Mnemonik (yadda saxlamğı asanlaşdıran yaddaş texnikaları) üsullarla yadda saxlamağı gücləndirin.


5. Hədəf dildə düşünün: Sadə gündəlik cümlələri həmin dildə düşünməyə çalışın.


6. Dili gündəlik həyatınıza daxil edin: Telefon, sosial media və ev mühitini dilə uyğunlaşdırın.

7. “Günün sözü” üsulu: Hər gün bir yeni sözü seçin və onu gün ərzində aktiv istifadə edin.


8. Anlaşılan materiallarla öyrənin: TV, podkast, komiks və videolarla aktiv öyrənmə edin.


9. Filmlərə baxın: Əvvəl altyazı ilə sonra altyazısız izləyin, yeni sözləri qeyd edin və tələffüzünüzü inkişaf etdirin.


10. Musiqiyə qulaq asın: Sözlərini öyrənin, oxuyun və dilin ritmini hiss edin.


11. Dil öyrənməni gündəlik işlərə qatın: Məsələn, idman edərkən və ya yemək bişirərkən dil dərslərinə qulaq asın.


12. Yerli ədəbiyyat oxuyun: Uşaq kitabları və asan öyrənilən səviyyədə əsərlər seçin.


13. Real həyatda danışıq təcrübəsi qazanın: Dil mübadiləsi partnyoru, danışıq klubları və könüllülük imkanlarından istifadə edin.


14. Ana dili olan dostlar qazanın: Onlarla ünsiyyət quraraq dili və mədəniyyəti daha dərindən öyrənin.

15. Mədəniyyəti öyrənin: Tarix, adət-ənənələr və gündəlik həyat haqqında biliklər dilin mənasını daha yaxşı anlamağa kömək edir.


16. Repetitorla çalışın: Onlayn və ya əyani dərslərlə sürətli və effektiv öyrənmə əldə edin.


17. Özünüzü test edin: Testlər və oyunlarla özünüzü yoxlayın, səviyyənizi qiymətləndirin.


18. Virtual səyahət planlayın: Sanki ora gedəcəkmişsiniz kimi araşdırma aparın, özünüzü hazzırlayın, dil və mədəniyyətlə tanış olun.

Bu tövsiyələri gündəlik həyatınıza daxil etdikcə dil öyrənmə prosesinizin nə qədər sürətləndiyini və əyləncəli olduğunu görəcəksiniz. Əsas şərt davamlılıq və motivasiyadır. Beləliklə, siz düşündüyünüzdən daha tez və effektiv şəkildə yeni dilə yiyələnəcəksiniz.

Mənbə: FluentU

Tərcümə etdi: Aydan Xudayarova

Paylaş
Şərh əlavə et