Bu gün:

"İELTS bilik və bacarıq səviyyəmizi yoxlamaq üçün bir vasitədir". - Gənc Mütəxəssislə Müsahibə


24media.az-ın budəfəki həmsöhbəti xaricdə təhsil üzrə mütəxəssis Əli Mirzəzadədir.  O, Bakı Dayaq Mərkəzində təşkil olunan görüşdə digər ölkələrdə təhsil üçün vacib sayılan İELTS (International English Language Testing System) barədə danışıb.


İELTS nədir və neçə struktura bölünür?

1990-cı illərdə, soyuq müharibə bitdikdən sonra dünyada qloballaşma baş verir. Artıq hər kəs rahat şəkildə digər ölkələrə işləməyə, yaşamağa və təhsil almağa gedir. Vəziyyətin belə olduğunu müşahidə edən avropalılar qərara gəlirlər ki, bunu biznesə çevirsinlər. Beləliklə, onlar “İELTS” imtahan mərkəzini yaratdılar. Nəticədə, insanlar xaricdə getmək, təhsil almaq üçün bu tendensiya ilə imtahan verməli oldular.

Ümumilikdə, İELTS iki qrupa bölünür:

1. General Engilsh – Avropa ölkələrində yaşamaq, orada işləmək üçün imtahanın bir növüdür
2. Academic English – məqsədimiz xarici universitetlərdə təhsil almaqdırsa, bizə Akademik İELTS köməklik edəcək. Bu da, öz növbəsində, dörd yerə bölünür – reading (oxuma), listening (dinləmə), writing (yazma), speaking (danışma). İlk üç imtahan eyni vaxtda keçirilsə də, speaking imtahanı həmişə ayrı olur, ya bir həftə əvvəl, ya da sonra.

İELTS dil bacarıqlarını artırırmı?

Çox insan düşünür ki, İELTS bizə ingilis dili biliyimizi inkişaf etdirməyə kömək edir, lakin bu belə deyil.
Dil biliyini artırmaq istəyənlər öz üzərində çalışır, dilin qrammatik qaydalarına, sözlərin düzgün tələffüzünə, uyğun ifadələrin seçilməsinə diqqət edirlər. Daha sonra, bu dil vasitəsilə dünyanın müxtəlif yerlərində yaşayan insanlarla ünsiyyət quraraq bir üst səviyyəyə çatdırırlar. Sadalanan bütün proseslərin nəticəsində, insan inglis dili daşıyıcısına çevrilir.
İELTS, sadəcə olaraq, bilik və bacarıq səviyyəmizi yoxlamaq üçün bir vasitədir. Onun bizə heç bir köməyi yoxdur.

İELTS imtahanına nə zaman müraciət etmək olar?

Bu sual mənə tez-tez ünvanlanır. İELTS - ə istənilən zaman müraciət etmək olar. Demək olar ki, hər gün bu imtahan təşkil olunur. Sadəcə, imtahandan 3 gün əvvəl bilet almaq kifayət edir. Hazırda, bir biletin qiyməti 375 AZN - dir.  Amma məsləhət görərdim ki, yaxşı hazırlaşmadan, yəni B1 – B2 səviyyəsində olmadan  imtahan verməsinlər. Çünki imtahan heç də asan deyil.

Azərbaycanda bu imtahanı hansı mrəkəzlərdə vermək olar?

Ölkəmizdə iki İELTS imtahan mərkəzi var – “British Council” və “Barratson”

İmtahan sistemi necədir, necə yoxlanır?

Əvvəlcə, bunu deyim ki, bu imtahan qiymətləndirmə sistemi “Cambridge Assessment” tərəfindən yaradılıb, yəni “Cambridge” universitetinin dilçilik şöbəsi var ki, orada ingilis dilini üstün səviyyədə bilən professorlar tərəfindən mövcud sistem yaradılıb.
Yoxlama prosesinə gəldikdə. Speaking Azərbaycanda yoxlanıldığı halda, reading, listening və writing skan edilərək birbaşa “Cambirdge” - ə göndərilir. Oradakı professorlar cavabları qiymətləndirəndən sonra nəticələri elektron sistemlə “British Council” və “Barratson” – a geri göndərilir.

Bəs cavablar neçə günə çıxır?

Əslində, imtahanı hansı şəkildə verməyinizdən asılıdır. Belə deyim, İELTS – i iki şəkildə verə bilərsiniz:
1. Paper based  – burada imtahanı kağız üzərində verirsiniz. Nəticədə, cavablar 2 həftə sonra açıqlanır.
2. Computer based – mən, daha çox, bu versiyanı tövsiyə edirəm, çünki bütün imtahan prosesi kompüterlə təşkil olunur. Beləliklə, tələbə və ya abituriyent 3 gün müddətində nəticəsini əldə etmiş olur.

Əgər bir-biri ilə müqayisə etsək, hansı daha üstün olar?

Mən deyərdim ki, kompüter əsaslı imtahan daha yaxşı və rahatdır. Mən özüm də bu imtahan şəkildə vermişəm.
Məsələn, writing iki hissəyə bölünür və birincidə 150, ikinci hissədə isə, 250 sözdən ibarət cavab yazılmalıdır. Kağız üzərində bu sözləri tək-tək saymaq lazımdır, amma kompüterdə yazılan sözlər aşağıda görünür. Beləliklə, hər şey, nisbətən, rahat olur.
Bundan əlavə, bu sistemlə olan imtahanlar hər gün olur. Yəni bir ayın 15 günü kağızla imtahan olursa, bütün günü kompüter imtahanı olur.

Hansı mərkəzdə imtahan verməyin fərqi varmı?

Bəzi universitetlər yalnız “British Council”- də verilən İELTS imtahanını qəbul edir.

Son olaraq, gənclərə nəyi tövsiyə edərsiniz?


Gənclərə bacardıqları qədər öz üzərində çalışmalarını tövsiyə edirəm. Universitet dövrünü yaxşı dəyərləndirmək lazımdır. Mən deyərdim ki, daha çox, dil bacarıqlarını inkişaf etdirsinlər, yeni bir dil öyrənsinlər.
Ən əsası, onlara həyatda su kimi olmağı məsləhət görərdim. Çünki həyat dalğalı bir dənizdir. Lakin siz su olduğunuza görə, dalğanın heç bir təsiri olmayacaq.

Fərahim Rzazadə

Paylaş
Şərh əlavə et