Bu gün:

"Jurnalistikanın bakalavr pilləsi üzrə səthi bilgilər verilir" - Müsahibə


 24media.az-ın  "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi "525" qəzetinin sayt üzrə məsul redaktoru, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Qoşqar Bəylərovdur. O, jurnalistikanın bir elm kimi öyrənilməsi barəsində danışıb.


Jurnalistikanı bir elm kimi öyrənməyin, bu istiqamətdə fəaliyyət göstərməyin vacibliyi nə qədərdir?

Jurnalistika sosial elmlərin daxilindədir. Lakin bu məsələnin dəqiqliyi 200 ildir ki, araşdırılır. Jurnalistikanı ayrı bir elm kimi öyrənmək, bu istiqamətdə fəaliyyət göstərmək peşə fəaliyyətimizin davamlılığını təmin etməmiz baxımından əhəmiyyətlidir. Jurnalistikada bakalavr pilləsi sadəcə peşə təhsili verir. Bakalavr təhsili tələbələrə iş imkanları aça bilər, amma peşəkar jurnalist yetişdirə bilməz. İxtisasın məzunları bilgilərini dərinləşdirməkdən ötrü magistratura və doktorantura pilləsini də oxumalıdır.

 Azərbaycanda jurnalistika ixtisası üzrə bakalavr təhsilində televiziya, radio, ictimaiyyətlə əlaqələr barədə məlumat  səthi şəkildə verilir. Lakin  magitratura, doktorantura təhsili almaq genişmiqyaslı problemlərin həllinə şərait yaradır.

 Nəzəri biliklər qazanmaq da önəmlidir. Jurnalistika 10 il bundan əvvəl başqa cür idi. İndi isə vəziyyət dəyişib. Peşə yeniləndikcə nəzəriyənin də təkmilləşdirilməsinə ehtiyac var. Nəzəriyyəni təzələmək isə magistratura, doktarantura təhsili alacaq gənclərin öhdəliyinə düşür.

Nizam Məhərrəmov

Paylaş
Şərh əlavə et