Bu gün:

"İndi kosmonavtika sahəsində mane olacaq nəsə yoxdur, sadəcə zaman lazımdır" - müsahibə


24media.az-ın  "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi " Zəhra Kosmosda " layihəsinin müəllifi, kosmik texnika mühəndisi Zəhra İmanovadır. O, Azərbaycanda kosmonavtika sahəsinin inkişafı barədə danışıb.




Sizcə, Azərbaycanda kosmonavtika sahəsinin inkişafına nə mane olur? SSRİ dövründə olan inkişaf xətti  indi niyə izlənilmir?

 SSRİ dövründə ölkəmizdə kosmos sahəsi üzrə xeyli işlər görülmüşdü. 1990-cı illərdə cərəyan edən hadisələr bizdən də təsirsiz ötüşmədi. Azərbaycanda 2000-ci illərin sonlarına yaxın yenidən canlanma müşahidə olundu, kosmos mövzusu gündəmə gəldi. Aradakı durğunluq dövrü bizi xeyli yavaşlatdı. Halbuki qaldığımız yerdən davam etsəydik, bu sahədə daha çox uğur, nailiyyət qazanmış olardıq. İndi mane olan nə isə yoxdur, sadəcə zaman lazımdır. Ölkəmizi bəzən ABŞ, Avropanın bir çox qabaqcıl ölkələr ilə müqayisə edirik. Onların bu sahədə yarım əsrdən çox iş gördüklərini unuduruq. Azərbaycan isə kosmonavtika sahəsində yeni addımlarını atır. Buna baxmayaraq, keçmişdə etdiklərimizdən nəticələr çıxarır, inkişaf etməyə çalışırıq.


Nizam Məhərrəmov

Paylaş
Şərh əlavə et