Bu gün:

Tramp Epşteyn işi ilə bağlı yeni sənədlərin hazırlanmasını tapşırıb


ABŞ-nin sabiq Prezidenti Donald Tramp cinsi cinayətlərdə ittiham olunan Ceffri Epşteynlə bağlı əlavə sənədlərin hazırlanması üçün Ədliyyə Nazirliyinə göstəriş verib.

Tramp bildirib ki, Baş prokuror Pam Bondiyə Böyük Məhkəmə Heyətinin bütün müvafiq ifadələrinin məhkəmə təsdiqli şəkildə hazırlanmasını əmr edib. Bondi isə açıqlamasında həmin sənədlərin sabah ictimaiyyətə açıqlanması üçün məhkəməyə müraciət ediləcəyini deyib.

Sözügedən ifadələrin konkret olaraq hansı istintaqla əlaqəli olduğu açıqlanmasa da, onların ya 2006-cı ildə Florida ştatında aparılan araşdırmaya, ya da 2019-cu il federal ittihamlarına aid olduğu ehtimal edilir.

Xatırladaq ki, Epşteyn 2019-cu ildə həbsdə olarkən ölü tapılıb. Onun ölümü və işində adı hallanan şəxslərlə bağlı sənədlərin açıqlanması uzun müddətdir ictimaiyyət tərəfindən tələb olunur. Tramp-ın bu qərarı tərəfdarları tərəfindən müsbət qarşılanıb.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva 

Paylaş
Şərh əlavə et