Bu gün:

"Trabzonspor" "Araz- Naxçıvan"a uduzub


"Trabzonspor" Azərbaycan təmsilçilərindən olan "Araz Nahçıvan"la keçirdiyi hazırlıq oyununda 3:2 hesabı ilə məğlub olub.

Yeni mövsüm hazırlıqlarını Erzurumun Palandöken dağı ətəyində yerləşən Yüksək İrtifa Təlim-Məşq Mərkəzində davam etdirən "Trabzonspor" oyuna Uğurcan Çakır, Mendy, Nwakaeme, Savic, Mustafa Eskihellaç, Pina, Zubkov, Folcarelli, Onuachu, Okay Yokuşlu və Batanovdan ibarət start heyəti ilə başlayıb.

Təlim-məşq mərkəzində keçirilən oyunda rəqib komanda 37-ci dəqiqədə Boli ilə hesabı açıb. "Bordo-mavililər" 42-ci dəqiqədə Mendynin qolu ilə cavab verib.

İlk hissəsi 1:1 hesabı ilə başa çatan matçın ikinci yarısına sürətli başlayan "Araz Nahçıvan" 49-cu dəqiqədə Hasanalizadənin qolu ilə yenidən önə keçib. Rəqibə təzyiqi artıran "Trabzonspor" 63-cü dəqiqədə Okay Yokuşlunun qolu ilə bərabərliyi təmin edib.

Lakin "Trabzonspor" 78-ci dəqiqədə Alxasovun vurduğu qola mane ola bilməyib və oyunu 3:2 hesablı məğlubiyyətlə başa vurub.

"Trabzonspor"un yeni transferi Onuachu oyunun 38-ci dəqiqəsində zədələnərək yerini Danylo Sikana verib.

Qara dəniz təmsilçisi 20 iyul Bazar günü İran komandalarından "Zob Ahan Esfahan" 23 iyul Çərşənbə günü isə "Persepolis" ilə hazırlıq oyunu keçirəcək.

Mənbə :TRT Haber 

Tərcümə etdi: Nigar Həsənzadə

Paylaş
Şərh əlavə et