"Trendyol Süper Liqa" komandalarından "Corendon Alanyaspor" yoxlama oyununda "Erzurumspor FK" üzərində 2:0 hesablı qələbə qazanıb.

Yeni mövsüm öncəsi hazırlıqlarını Erzurumun Palandöken dağının ətəklərində yerləşən Yüksək İrtifa Təlim Mərkəzində davam etdirən "Corendon Alanyaspor" "Trendyol 1-ci Liqa" təmsilçilərindən "Erzurumspor FK" ilə qarşılaşıb. Təlim mərkəzinin meydanında keçirilən oyunda "Corendon Alanyaspor"un qollarını 25-ci dəqiqədə Sporar 43-cü dəqiqədə isə İbrahim Kaya vurub.
Qarşılaşmanı turuncu-yaşıl komandanın prezidenti Hasan Çavuşoğlu, vitse-prezident Hüsamettin Akyüz ,baş koordinator Mevlüthan Çavuşoğlu, Türkiyə Futbol Federasiyasının (TFF) Erzurum bölgə müdiri Mehmet Akif Fencioğlu və "Erzurumspor FK"nın prezidenti Ahmet Dal da izləyib.
"Aralıq dənizi" təmsilçisi bu gün saat 17:00-da İran klublarından "Persepolis" ilə keçirəcəyi üçüncü yoxlama oyunundan sonra Erzurumdakı təlim-məşq toplanışını başa vuracaq.
Mənbə:TRT Haber
Tərcümə etdi: Nigar Həsənzadə
