Bu gün:

Türkiyə Milli Müdafiə Nazirliyi: "İstəsə, Suriyaya dəstək verəcəyik"


Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) sözçüsü kontr-admiral Zeki Aktürk İsrailin Suriyanın paytaxtı Dəməşqə endirdiyi hava hücumunu “açıq-aşkar təxribat” adlandırıb.

Xəbərlərə görə, həftəlik mətbuat konfransında danışan Aktürk,:"Daha əvvəl Suriyanın müdafiə qabiliyyətini gücləndirmək və tələb olunarsa terrorla mübarizəni dəstəkləmək üçün əlimizdən gələn hər cür dəstəyi verəcəyimizi bildirmişdik" deyib.

Aktürk əlavə edib ki, İsrailin Suriyaya endirdiyi aviazərbələr Suriyada yerləşən Türkiyə hərbi birləşmələrinə heç bir mənfi təsir göstərməyib.

İsrail Suriyanın cənubunda druzların sıx məskunlaşdığı Suveyda bölgəsində Dəməşq administrasiyasına bağlı təhlükəsizlik qüvvələrinə qarşı hücumlar təşkil edib.


Daha sonra Dəməşqdəki Müdafiə Nazirliyini və şəhərdən kənarda Prezident Sarayının yaxınlığındakı “hərbi” məntəqəni hədəfə alıb.


Mənbə:BBC News

Tərcümə etdi:Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et