İsrail ordusu Dəməşqdə prezident sarayının yerləşdiyi ərazidə hərbi hədəfi vurduğunu bildirib.
Bundan əvvəl şəhərdə Suriya ordusunun qərargahına zərbə endirildiyi açıqlanıb. Suriya Səhiyyə Nazirliyinin məlumatına görə, hücumlar nəticəsində 3 nəfər həyatını itirib.
İsrailin bu hücumları ölkənin cənub-qərbində, xüsusilə də, Süveyda bölgəsində baş verən və bir neçə gün davam edən silahlı qarşıdurmalardan sonra həyata keçirilib. Tel-Əviv bəyan edib ki, həmin bölgədə Druze icmasının üzvlərini qorumağa çalışır. Suriyadan gələn xəbərlərə əsasən, Süveydada atəşkəs razılaşdırılıb, lakin İsrail hücumların intensivliyini artırdığını açıqlayıb.
Mənbə: BBC
Tərcümə etdi: Asiman Vəliyeva
