Bu gün:

Qısamüddətli işlər dalğası: Gənclər niyə daimi işdə qalmaq istəmir?


Son illərdə Azərbaycanda gənclər arasında freelancerlik, part-time və sezon işlərinə maraq nəzərəçarpacaq dərəcədə artıb. Əvvəllər daimi iş axtaran gənclər indi daha çox dəyişkən qrafik, qısa müddətli əmək müqavilələri və layihə əsaslı işlərə üstünlük verirlər.

Xüsusilə texnologiya, media, tərcümə, dizayn və xidmət sahələrində bu tendensiya daha güclüdür. Bu dəyişiklik təkcə əmək bazarının deyil, həm də gənc nəslin dəyərlərinin dəyişməsindən xəbər verir.

Sosial media platformaları da bu iş modellərinin yayılmasında mühüm rol oynayır. TikTok və Instagram kimi platformalarda freelancer həyat tərzi təbliğ olunur və gənclər arasında geniş yayılır.

 Statistika nə deyir?

2023-cü ilin FES və CRRC (Cənubi Qafqaz Tədqiqat Resurs Mərkəzi) araşdırmasına əsasən:

18–29 yaşlı Azərbaycan gənclərinin yalnız 27 %-i tam ştatlı işdə çalışır,

4 %-i part-time,

5 %-i müvəqqəti işlərdə,

14 %-i isə freelancer və ya özünüməşğuldur.

Eyni araşdırmaya əsasən, NEET göstəricisi (təhsil, məşğulluq və təlimdə olmayan şəxslər) ümumilikdə 25 %-dir.

Qadınlar arasında bu göstərici 39 %,

Kişilər arasında isə 12 % təşkil edir.

 Region fərqlərinə gəlincə:

Bakıda gənclərin 59 %-i işləyir,

Regionlarda isə bu göstərici təxminən 45 %-dir.

Hazırladı: Gülay Bədirli

Paylaş
Şərh əlavə et