İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqdə prezident iqamətgahı və Müdafiə Nazirliyini hədəf alan hava zərbələri endirib.

İsrail ordusu prezident sarayı və Suriya Baş Qərargahının Dəməşqdəki qərargahını hədəfə alıb. Baş Qərargah qərargahının girişinə bir bombanın düşməsi nəticəsində iki nəfər yaralanıb. Müdafiə Nazirliyinin həyətyanı sahəsi də bombalanıb. İsrail Dürzilərin sıx məskunlaşdığı Sveyda bölgəsində baş verən hadisələrdən sonra Dəməşqə hücumların "Suriya prezidenti Şaraa mesaj" olduğunu iddia edib. Təl-Əviv hökuməti hücumların davam edəcəyini açıqlayıb. Bundan əlavə, İsrail Ordusu Radiosu İsrail ordusunun "xəbərdarlıq" məqsədi daşıdığı iddia edilən hücumda Dəməşqdə Prezident Sarayının yaxınlığındakı ərazini hədəf aldığını açıqlayıb.
Mənbə: TRT xəbər
Tərcümə etdi: Ayşən Səlimova
