Bu gün:

Kuba naziri qalmaqallı açıqlamadan sonra istefa verib


Kuba Əmək və Sosial Müdafiə naziri Marta Elena Feitó-Kabrera qalmaqallı açıqlamasına görə vəzifəsindən istefa verib. O, Milli Assambleyada çıxışı zamanı ölkədə dilənçilərin olmadığını, zibil axtaranların isə “asan pul” qazanmaq istədiklərini bildirib.

Nazirin bu sözləri ölkə daxilində və beynəlxalq aləmdə ciddi narazılıqla qarşılanıb. Fəallar və ziyalılar onun istefasını tələb edib. Prezident Migel Dias-Kanel isə rəhbər şəxslərin xalqdan uzaq düşməsinin yolverilməz olduğunu vurğulayıb.

Feitó-Kabrera cəmiyyət tərəfindən reallıqdan uzaq və təhqiredici yanaşmada ittiham olunub. Onun istefası hökumət və Kommunist Partiyası tərəfindən qəbul edilib. 

Rəsmi statistik göstəricilər açıqlanmasa da, ölkədəki dərin iqtisadi böhran səbəbindən dilənçilərin sayında artım müşahidə olunur.

Mənbə: BBC 

Tərcümə etdi: Zəhra Əliyeva 

Paylaş
Şərh əlavə et