Bu gün:

Tramp həm Putinə mövqeyini bildirib, həm də NATO-ya dəstək verib


ABŞ Prezidenti Donald Tramp Rusiyaya münasibəti və Vladimir Putinə etimadı barədə açıqlama verib. Prezidentdən Putinə etibar edib-etmədiyi soruşulduqda, “Demək olar ki, heç kimə etibar etmirəm” cavabını verib. 

Tramp öz açıqlamasında: “Putindən məyusam, amma hələ də onu silmirəm", - deyə bildirib. Bu açıqlama Tramp-ın Ukraynaya silah göndəriləcəyi ilə bağlı planlarını elan etməsindən və Rusiya atəşkəsə razılaşmasa, 50 gün ərzində sərt tariflər tətbiq ediləcəyi barədə xəbərdarlıq etməsindən bir neçə saat sonra verilib.

Oval ofisdə keçirilən müsahibə zamanı ABŞ prezidenti bir vaxtlar “köhnəlmiş” adlandırdığı NATO-ya dəstəyini də ifadə edib və alyansın ümumi müdafiə prinsipini dəstəklədiyini vurğulayıb.

Mənbə: BBC

Tərcümə etdi: Asiman Vəliyeva 

Paylaş
Şərh əlavə et