ABŞ-da yaşayan gənc sahibkar, süni intellekt (AI) texnologiyasından istifadə edərək qısa müddətdə böyük uğura imza atdı. Onun qurduğu şirkətin illik gəliri 32 milyon dolları ötüb.

İnnovativ yanaşması ilə diqqət çəkən sahibkar, əvvəlcə sadəcə kiçik miqyaslı bir layihə olaraq başladığı işini sürətlə böyüdərək beynəlxalq bazara çıxarıb. Süni intellekt alqoritmləri sayəsində məhsuldarlığı artırmağı və xərcləri azaltmağı bacaran şirkət, qısa müddətdə böyük sərmayələr cəlb edib.
Uğurunun “tamamilə təsadüfi” olduğunu deyən sahibkar, ideyasının bu qədər sürətlə böyüyəcəyini gözləmədiyini bildirib. Hazırda isə süni intellektin imkanlarından istifadə edərək daha yeni layihələr üzərində işləyir.
Mənbə: Sözcü
Tərcümə etdi: Sona Osmanova
