Fransanın Lion yaxınlığındakı Korba həbsxanasında filmə bənzər qaçış baş verib. Çoxsaylı cinayətlərdə təqsirli bilinən 20 yaşlı məhbus azadlığa çıxan kamera yoldaşının çamadanında gizlənərək qaçıb.
İnsidentdən sonra Fransa həbsxana rəhbərliyi şənbə günü hərtərəfli araşdırmaya başlanıldığını açıqlayıb. BFMTV-nin məlumatına görə, hadisə cümə günü baş verib. Adı açıqlanmayan, qaçan məhbusun cəzasını başa vuraraq azadlığa çıxan kamera yoldaşının əşyaları arasında gizləndiyi bildirilir.
Həbsxana rəsmiləri "O, kamera yoldaşının sərbəst buraxılmasından istifadə edərək kamera yoldaşının çamadanında gizlənərək gizlicə çölə çıxmağı bacardı",-deyiblər.
AFP-yə danışan mənbə bildirib ki, qaçan məhbus da mütəşəkkil cinayətlə bağlı istintaq çərçivəsində araşdırılır. Daxili təhqiqat başlayıb, Lion prokurorluğu hadisə ilə bağlı məhkəmə araşdırması aparır.
Mənbə: CNN Türk
Tərcümə etdi: Çimnaz Həmzəliyeva
