Bu gün:

Viktor Orban Tramp-ın siyasətinə necə ilham verib?


Macarıstanın Baş naziri Viktor Orban artıq 20 ildir ki, liberal dəyərlərə qarşı çıxaraq ölkəni özünün “qeyri-liberal demokratiya” və “xristian azadlığı” adlandırdığı sistemlə idarə edir.

Macar dilində məşhur bir deyim var: "Visszanyal a fagyi", yəni “Dondurma geri yalar”. Bu ifadə ilə Macarlar bəzən gözlənilməz nəticələri ifadə edirlər. Orbanın siyasəti də zamanla belə nəticələr doğura bilər.

Orban təkcə Macarıstanda deyil, ABŞ vitse-prezidenti J.D. Vance və Gürcüstanın Baş naziri İrakli Kobaxidze kimi beynəlxalq siyasi fiqurlar arasında da pərəstiş qazanıb. ABŞ-nin sabiq prezidenti Donald Tramp onu "ağıllı" və "sərt insan" adlandıraraq, 2024-cü ilin sentyabrında belə deyib: “O, ən hörmət edilən adamlardan biridir. Ona güclü adam deyirlər". 

2026-cı ilin aprelində keçiriləcək növbəti parlament seçkiləri öncəsi, Orbanın rəhbərlik etdiyi Fidesz partiyası LGBTQ icmasına qarşı yeni məhdudiyyətlər tətbiq edib. Partiya “Pride” yürüşlərinin qarşısını alan yeni qanun layihəsini təsdiqləyib. Lakin buna baxmayaraq, bu il LGBTQ tədbirində 100,000–200,000 nəfərin iştirak etdiyi bildirilir. Ötən il bu rəqəm cəmi 35,000 nəfər olub. 

Mənbə: BBC

Tərcümə etdi: Asiman Vəliyeva 


Paylaş
Şərh əlavə et