Bu gün:

“Galatasaray”da İlkay Gündoğan səsləri


Galatasaray”da İlkay Gündoğan adı gündəmdəki yerini qoruyur. “Sarı-qırmızılılar”ın bu transferdə qısa zamanda irəliləyiş əldə etməsi gözlənilir.

“Galatasaray” rəhbərliyi Victor Osimhen transferi nəticələndikdən sonra digər mövqelərə ediləcək transferlərə fokuslanacaq.

Yarımmüdafiə üçün Hakan Çalhanoğlu ilə yanaşı siyahıda yer alan digər futbolçu isə İlkay Gündoğandır.

“Sarı-qırmızılılar” müəyyənləşdirilən adlarla bağlı yaxın günlərdə təmaslarını artıracaq.

İlkay Gündoğan “Galatasaray”da oynamaq istədiyini Klublararası Dünya Çempionatından əvvəl rəhbərliyə çatdırıb. “Manchester City” ilə müqaviləsinin bitməsinə 1 il qalan 34 yaşlı futbolçu transfer hüququnu klubundan almağı hədəfləyir.

“Sarı-qırmızılı” rəhbərlik İlkay transfer hüququnu əldə etdikdən sonra rəsmi danışıqlara başlayacaq. Onunla ya 2 illik, ya da 1+1 illik müqavilə imzalanması planlaşdırılır.

Türk əsilli alman futbolçuya illik 4–5 milyon avro civarında zəmanətli maaş təklif olunması gözlənilir.

Mənbə:TRT Haber 

Tərcümə etdi:Nigar Həsənzadə

Paylaş
Şərh əlavə et