2024-cü il oktyabrın 30-da Esenyurt bələdiyyə sədri vəzifəsində çalışarkən həbs edilən Əhməd Özər bu gün ikinci dəfə hakim qarşısına çıxıb.

İclasda dinlənilən 6 şahiddən biri də CHP-nin 38-ci Adi Konqresi davasında şahid qismində adı keçən CHP Muş Gənclik Qolunun keçmiş sədri Erkan Çakır olub.
Çakır Özərin namizədliyini hazırda vəzifəsindən kənarlaşdırılan İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu tərəfindən irəli sürüldüyünü və buna reaksiya verdiyini bildirib. Çakır “ictimai rəy araşdırmaçısı” olduğunu və şərq vilayətlərindəki çıxışlarında Özərin terror təşkilatına üzv olmasından danışıldığını bildirib.
Çakırın açıqlamalarından sonra Özər və vəkilləri Çakırın ifadələrini ciddiyə almadıqlarını və cavab verməyəcəklərini bildiriblər. Şahidlər dinlənildikdən sonra Əhməd Özər Çakıra müraciət edərək onun ifadələrinə reaksiya verib.
Mənbə: BBC News
Tərcümə etdi: Aysel Mirzəyeva
