Qəzzanın mərkəzi hissələrində İsrailin təşkil etdiyi hava hücumu nəticəsində aralarında altı uşağın da olduğu 19 nəfərin öldüyü bildirilir.

Regiondakı təcili yardım rəsmilərinin verdiyi məlumata görə, cəsədlər Nuseyratdakı Əl-Avda xəstəxanasına aparılıb. Xəstəxanada çalışan bir həkim isə 7-si uşaq olmaqla 16 yaralının müalicəyə alındığını deyib.
Hadisə şahidlərinin sözlərinə görə, pilotsuz təyyarə Əl-Nuseyrat qaçqınlar düşərgəsində əllərində boş su qabları olan və su maşınından su almaq üçün növbədə gözləyən insanların üstünə raket atıb. İsrail ordusu hələlik bu barədə açıqlama verməyib.
BBC NEWS
Səmayə Səftərova
