Cənubi Qəzzanın Rafah şəhərində yerləşən yardım məntəqəsi yaxınlığında açılan atəş nəticəsində 24 nəfər həyatını itirib. Hadisə ilə bağlı şahidlər İsrail əsgərlərini günahlandırır.

İsrail Müdafiə Qüvvələri (IDF) isə bölgədə atəş nəticəsində yaralanan olmadığını bildirir və yalnız xəbərdarlıq atəşi açıldığını qeyd edir.
BBC və Reuters-in yaydığı, lakin hələ təsdiqlənməyən görüntülərdə cəsədlər və qan içində insanlar görünür. Təcili yardım işçiləri hadisəni “soyuqqanlı qətl” adlandırır.
BMT-nin məlumatına görə, Qəzzada yardım məntəqələri yaxınlığında 798 nəfər həyatını itirib. Onlardan 615-i ABŞ-nin dəstəklədiyi GHF yardım nöqtələrinin yaxınlığında həlak olub.
İsrailin Qəzzadakı əməliyyatları 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra başlayıb. Qəzzada ümumi ölüm sayı 57,823 nəfər olaraq göstərilir.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
