Prezident Rəcəb Tayyib Ərdoğan PKK daxilində bir qrupun silah buraxması ilə bağlı dəyərləndirmə edib.

DEM Partiyasının rəhbər şəxsləri cavab olaraq bildirib: "Birlikdə yol getməyin çərçivəsi Kürd məsələsinin həllidir.” Ərdoğan AKP-nin Kızılcahamamdakı 32-ci müzakirə və dəyərləndirmə yığıncağının açılış çıxışında deyib:
“47 illik terror bəlası inşallah sona çatmaq üzrədir. Terrorsuz Türkiyə layihəsi bir müzakirənin, bir razılaşmanın və ya bir al-verin nəticəsi deyil.”
“Artıq yeni bir gün başlayıb, tarixdə yeni bir səhifə açılıb"- deyə Ərdoğan bildirib. Əlavə olaraq "Türkiyə Cümhuriyyətinin şərəfi tapdanmayacaq, başı əsla aşağı əyilməyəcək" -deyib.
Mənbə: BBC NEWS
Tərcümə etdi: Səmayə Səftərova
