Bu gün:

Archie Brown “Fenerbahçe” üçün İstanbuldadır


İngiltərəli futbolçu tibbi müayinələrin ardından rəsmi müqaviləyə imza atacaq.

“Sarı-lacivərdlilər” Belçika təmsilçisi “Gent”də çıxış edən Archie Brown ilə tibbi müayinələrdən sonra rəsmi müqavilə imzalayacaq.

“Fenerbahçe” iki gün davam edən intensiv danışıqlardan sonra, İtaliya nəhəngi “Milan”ın da maraqlandığı 23 yaşlı futbolçunu razı sala bilib.

Gənc sol cinah müdafiəçisinin qərarında Jose Mourinho və Ali Koçun oyunçu və onun nümayəndəsi ilə apardığı intensiv telefon danışığının təsirli olduğu bildirilir.

Təxminən 9 milyon avro qarşılığında “Gent” ilə razılığa gələn “sarı-lacivərdlilər” futbolçu ilə də 4 illik müqavilə imzalayacaq.

Archie Brown müdafiənin sol cinahındakı çıxışı ilə diqqətləri üzərinə çəkib.

İngiltərəli oyunçu son 2 mövsümdə Belçika klubunda 87 oyuna çıxıb.

Mənbə: TRT Haber 

Tərcümə etdi: Nigar Həsənzadə

Paylaş
Şərh əlavə et