Bu gün:

ABŞ Tayvanla bağlı mövqe açıqlaması tələb edir


Pentaqon Yaponiya və Avstraliyadan Çinlə ABŞ arasında Tayvan problemindən doğacaq müharibədə konkret hərəkət planlarını bildirməyi tələb edir. Bu barədə Financial Times Pentaqonda müdafiə siyasəti üzrə müavin Elbridj Kolbinin sözlərinə əsaslanaraq məlumat verib.


Kolbi qeyd edib ki, Vaşinqton Tayvanın “şərtsiz” müdafiəsini təmin etməyəcəyini açıqlayıb və bu, Tokio və Kanberra üçün gözlənilməz addım olub. Bunun əvəzinə Pentaqon birgə müdafiə və müttəfiqlərin hərbi xərclərinin artırılmasını önə çəkən “America First” siyasətinə sadiq qalır.


Bu tələb Çinin Tayvan yaxınlığında hərbi təlimlərinin gücləndiyi vaxtda yerləşir və həmin anda ABŞ-Çin-Tayvan üçbucağında diplomatik vəziyyət yenə də qeyri-müəyyən olaraq qalır.


Mənbə: Reuters


Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et