ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı və Meksikadan idxal olunan məhsullara 1 avqustdan etibarən 30% gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb.
Tramp həmçinin xəbərdarlıq edib ki, əgər bu ölkələr cavab tədbiri görsələr, daha yüksək rüsumlar tətbiq olunacaq.
Amerikanın ən böyük ticarət tərəfdaşlarından biri olan Avropa İttifaqı bu həftə bəyan edib ki, 1 avqusta qədər Vaşinqtonla razılığa gəlməyə ümid edir.
Tramp-ın açıqlamasına əsasən, eyni tarixdən etibarən Yaponiya, Cənubi Koreya, Kanada və Braziliyadan idxal olunan məhsullara da yeni gömrük rüsumları tətbiq olunacaq. Bu həftə oxşar məzmunlu bildirişlər ABŞ-nin digər, daha kiçik ticarət tərəfdaşlarına da göndərilib.
Mənbə: BBC
Tərcümə etdi: Asiman Vəliyeva
