Bu gün:

“Anadolu Efes”də ayrılıq qərarı


Anadolu Efes” amerikalı basketbolçu Darius Thompson ilə yollarını ayırdığını açıqlayıb.

Göy-ağ klubdan verilən açıqlamada belə deyilir: “Oyunçumuz Darius Thompson ilə olan müqaviləmizi qarşılıqlı razılıq əsasında ləğv etmişik. Ona formamız altında göstərdiyi mübarizə üçün təşəkkür edir, karyerasının növbəti mərhələsində uğurlar arzulayırıq".

30 yaşlı basketbolçu, 2024–2025 mövsümünün əvvəlində “Anadolu Efes” ilə Prezident Kuboku sevinci yaşayıb.

Mənbə:TRT Haber 

Tərcümə etdi: Nigar Həsənzadə

Paylaş
Şərh əlavə et