PKK-nın İraqın Süleymaniyyə şəhərində silahlarını yandırdıqları mərasim bütün dünyada hiddətə səbəb olub. Terror təşkilatı 40 illik silahlı kampaniyasına son qoymaq üçün ilk addımı atıb.
Terror təşkilatı PKK Türkiyəyə qarşı 40 illik silahlı kampaniyasına son qoymaq istiqamətində mühüm addım atıb. İraqın Süleymaniyyə şəhərində keçirilən simvolik mərasimdə PKK silahlarını yandıraraq, kampaniyanın başa çatdığını bəyan edib. Bu inkişaf qlobal mətbuatda geniş işıqlandırıldı, müxtəlif KİV-lər bu tarixi addımı müxtəlif rakurslardan təhlil ediblər.
Böyük Britaniyada yerləşən BBC PKK-nın tərksilah prosesinə başlamasını “Türkiyədə münaqişənin sona çatması istiqamətində atılan böyük addım” kimi elan edib. BBC təşkilatın tərksilah edilməsinin simvolik başlanğıc olduğunu, lakin bu addımın gələcəkdə sülhə daha çox töhfə verə biləcəyini bildirib.
Mənbə: Cnn türk
Tərcümə etd: Çimnaz Həmzəliyeva
