Süleymaniyyədə PKK daxilində bir qrupun silahı yerə qoyması Türkiyədə ciddi rezonans doğurub. Ankarada proses diqqətlə izlənir.
MHP sədri Dövlət Baxçalı, PKK lideri Abdullah Öcalanın çağırışına cavab olaraq təşkilat üzvlərinin silahı yerə qoymasını müsbət addım kimi qiymətləndirib. Yazılı açıqlamasında Baxçalı bu prosesi "terrorsuz Türkiyə" hədəfinə atılmış mühüm addım adlandırıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın bu prosesi “dövlət siyasəti” kimi sahipləndiyini vurğulayan Baxçalı bildirib:
“Silahların təhvil verilməsi müəyyən olunmuş müddətdə başa çatdıqda, pis xatirələr geridə qalacaq, Türk milləti isə yeni əsrin memarı və yönvericisi olacaq".
Mənbə: BBC
Tərcümə etdi: Asiman Vəliyeva
