Bu gün:

"Qadın Kriket Milli Komandası" çempion olub


"Qadın Kriket Milli Komandası" Bolqarıstanda keçirilən beynəlxalq turnirdə məğlubiyyətsiz çempion olaraq tarixi bir uğura imza atıb.

"Türkiyə Reqbi Federasiyasının" açıqlamasına görə, ay-ulduzlu komanda paytaxt Sofiyada təşkil olunan və Beynəlxalq Kriket Şurasının (ICC)  təsdiqlədiyi "Sofiya T20I Beynəlxalq Qadınlar Kriket Turniri" ilə ilk dəfə beynəlxalq turnirdə iştirak edib.

Milli komanda ev sahibi Bolqarıstan, Serbiya və Yunanıstanla birlikdə yer aldığı turnirin qrup mərhələsindəki bütün oyunları qalib başa vurub. Finalda bir daha qarşılaşdığı Yunanıstanı 129-118 hesabı ilə məğlub edən milli komanda, məğlubiyyətsiz şəkildə çempionluq əldə edib.

Açıqlamada fikirlərinə yer verilən "Türkiyə Reqbi Federasiyasının" prezidenti Nahit Şahin bunları qeyd edib:

“"Qadın Kriket Milli Komandamızın " ilk dəfə qatıldığı beynəlxalq turnirdə məğlubiyyətsiz çempion olması ölkəmiz adına tarixi bir uğurdur. Türkiyədə 10 ildən artıqdır oynanan kriket idman növündə bu günə qədər beynəlxalq səviyyədə heç bir çempionluq yaşanmayıb. Kriket idman növü "Türkiyə Reqbi Federasiyası"nın nəzdinə keçdikdən sonra bu böyük uğura qısa zamanda çatılması görülən işlərin və sistemli yanaşmanın konkret göstəricisidir. Meydanda ürəkləri ilə mübarizə aparan qadın idmançılarımızı, texniki heyətimizi və töhfə verən hər kəsi ürəkdən təbrik edirəm. Bu uğur, Türk kriketinin gələcəyi üçün güclü bir başlanğıcdır".

Mənbə:TRT Haber 

Tərcümə etdi; Nigar Həsənzadə

Paylaş
Şərh əlavə et