Bu gün:

Icardinin sağlamlıq vəziyyəti


Galatasaray” klubunun həkimi Yener İnce argentinalı ulduz Mauro Icardinin meydanlara dönüş prosesinin yaxşı getdiyini bildirib.

İnce “Sarı-qırmızılı” komandanın Kemerburgaz Metin Oktay Bazasındakı məşqinin ilk yarım saatında media nümayəndələrinə Icardinin durumu ilə bağlı məlumat verib.

Komandada zədəli futbolçunun olmadığını bildirən İnce, ön çarpaz bağ zədəsindən bərpa olunan argentinalı hücumçu ilə bağlı bunları deyib:

“Hazırda zədəli oyunçumuz yoxdur. Kənarda olan, qrup məşqlərindən kənar qalan yeganə futbolçumuz Maurodur. Prosesində hər hansı bir anormallıq yoxdur. Bu vaxta qədər hər şey əla keçdi. Son illərdə bu cür zədələr üzrə çox sayda araşdırma aparılıb. Oyunçunun sağalması və hər şeyi edə bilməsi bizi riskə getməyə məcbur etmir. Çünki bağların qanlanma müddəti var və bu zamanla davamlı şəkildə möhkəmlənir. Yəni nə qədər gec dönərsə, risk də o qədər azalır. Biz də hazırda ehtiyac olmadıqca riskə getmirik. Doğru yanaşma budur. Oyunçu və baş məşqçi ilə birlikdə oturub danışacağıq. Mauro özünü yaxşı hiss edir. O riski almağa məcbur qalacağımız vaxta qədər zamanı düzgün istifadə edəcəyik".


Mənbə :TRT Haber

Tərcümə etdi:Nigar Həsənzadə

Paylaş
Şərh əlavə et