Bu gün:

Türkiyəli 12 əsgər zəhərlənərək həlak olub


Milli Müdafiə Nazirliyinin məlumatına görə, İraqın şimalındakı dağlıq ərazidə, 852 metr yüksəklikdə yerləşən mağarada 2022-ci ildə həlak olmuş baş leytenantın meyitini axtaran əsgərlər metan və dəm qazına məruz qalıb.

İyulun 6-da baş verən hadisə zamanı ümumilikdə 19 əsgər zəhərlənib, onlardan 12-si həyatını itirib. Yaralanan əsgərlərdən ən azı dördü Ankaradakı Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında (GATA) müalicə alır.

Hadisə ilə bağlı araşdırma davam edir. Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Zeki Aktürk iyulun 10-da keçirilən həftəlik brifinqdə bildirib ki, “inzibati istintaq prosesi davam edir və hadisə hər tərəfdən ətraflı şəkildə araşdırılır". 

Müdafiə naziri Yaşar Gülərin xəstəxanaya baş çəkdiyi vaxt, bir əsgərin qohumunun “Üç dəfə içəri girdilər” deməsi isə kameralara əks olunub.

Mənbə: BBC 

Tərcümə etdi: Asiman Vəliyeva 

Paylaş
Şərh əlavə et