Bu gün:

Ərdoğandan CHP liderinə qarşı təzminat iddiası və ittihamlar


Ankara Respublika Baş Prokurorluğu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel barəsində cinayət işi açıb. İstintaq çərçivəsində Özələ qarşı “Prezidentə təhqir”, “Cinayətə açıq şəkildə təhrik”, Hədə” ittihamları irəli sürülüb.

Prokurorluğun istintaqa öz təşəbbüsü ilə başladığı bildirilir. Bununla yanaşı, CHP-li bələdiyyə başçılarına qarşı da hüquqi tədbirlər görülüb. Adana Böyükşəhər Bələdiyyə Başçısı Zeydan Qaralar, Antalya Böyükşəhər Bələdiyyə Başçısı Muhittin Böcək və Adıyaman Bələdiyyə Başçısı Abdurrahman Tutdərə 5 iyulda saxlanılıb. Onlardan Muhittin Böcək bir gün sonra 6 iyulda həbs olunub, digərləri isə hələ də nəzarətdə saxlanılır.

Hadisələrdən sonra CHP Mərkəzi İdarə Heyəti fövqəladə iclasa toplanıb. İclasdan sonra çıxış edən Özgür Özəl bu addımlara sərt reaksiya verib.

Prezident Rəcəb Tayyib Ərdoğanın vəkili Hüseyn Aydın isə Özələ qarşı 500 min TL məbləğində mənəvi təzminat iddiası qaldırdıqlarını açıqlayıb. O, keçmiş Twitter – hazırkı X platformasında paylaşdığı məlumatda həmçinin Ankara Respublika Baş Prokurorluğuna “Prezidentə təhqir” və “hədə” ittihamları ilə şikayət ərizəsi verdiklərini bildirib.

Hazırda Boluda olan Özgür Özəl isə başlatılan istintaqla bağlı açıqlamasında bu addımı müsbət dəyərləndirib. O bildirib ki, “İstanbul Respublika Baş Prokurorluğunun səlahiyyət aşımı ehtimalına qarşı Ankara Baş Prokurorluğunun öz məsuliyyətini qorumağa yönəlmiş bu addımı hətta bazar günü axşam belə olsa təqdirəlayiqdir”.

Mənbə: BBC 

Tərcümə etdi: Ətirə İbayeva 

Paylaş
Şərh əlavə et